AZ

Messi “Barselona” formasını tapdaladı - Video

“İnter Mayami” klubunun ulduzu Lionel Messi ötən gecə “Atlanta Yunayted”lə oyunda diqqət mərkəzinə düşüb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, argentinalı futbolçu qarşılaşmadan öncə meydana çıxarkən azarkeşlərdən biri onun qarşısına “Barselona” forması atıb. 

Messi isə formanı bilmədən tapdalayıb. Bu görüntülər sosial şəbəkələrdə gündəm olub. 

Həmçinin, Leo formanın uzun illər oynadığı “Barsa” forması olduğunu gördükdən sonra qayıdıb onu yerdən götürməməsinə görə tənqid edilib.


Seçilən
3
2
news24.az

3Mənbələr