AZ

Nüvə silah potensialını artırmağa davam edəcəyik- Şimali Koreya

BAKI,TurkicWorld

Şimali Koreya G7 ölkələrinin Pxenyanın bütün nüvə və kütləvi qırğın silahlarından imtina etməsi ilə bağlı çağırışlarına sərt reaksiya verib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi G7-nin bəyanatını tənqid edərək, Pxenyanın xarici təhdidlərə qarşı öz nüvə potensialını artırmağa davam edəcəyini vurğulayıb.

Şimali Koreyanın rəsmi mövqeyinə görə, bu proqramlar ölkənin suveren hüququdur və G7 ölkələri "çəkindirmə və nüvə paylaşımı" adı altında nüvə silahlarının yayılmasına səbəb olan siyasət yürüdür.

Bəyanatda G7 ölkələri qlobal sülh və sabitliyi təhdid etməkdə ittiham olunur.

G7 Xarici İşlər Nazirlərinin Kanadada keçirilən toplantısında verilən birgə bəyanatda, Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə uyğun olaraq nüvə silahlarından, digər kütləvi qırğın silahlarından və ballistik raket proqramlarından imtina etməsi tələb edilib.

Pxenyan isə bu çağırışları rədd edərək, milli müdafiəsini gücləndirmək istiqamətində addımlar atacağını bəyan edib.

Seçilən
29
2
turkic.world

3Mənbələr