AZ

Firdovsi Kərimov İtaliya marafonunda finiş xəttini keçib

Azərbaycanın ilk Ironmanı Firdovsi Kərimov bu il növbəti marafona qatılıb.

İdman.biz xəbər verir ki, o, Romada keçirilən beynəlxalq marafonda iştirak edib.

Kərimov 42,2 km məsafəni uğurla qət edərək finiş xəttini keçib.

Bu, Ironmanımızın cari ildə İtaliyada ikinci startıdır. Bundan əvvəl Kərimov Ternidə çıxış edib.

İlin əvvəlindən isə idmançımız Dubay və Mərakeş marafonlarında da qaçıb.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr