AZ

Nəhənglərin Bakını "işğalı": Novruz hazırlıqları necə gedir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baharın müjdəçisi, qədim xalq bayramımız olan Novruz 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Novruz Azərbaycanda böyük şövqlə qeyd olunur. Novruz çərşənbələrindən sonuncusu - Torpaq çərşənbəsi ərəfəsində paytaxt küçələri Novruz atributları ilə bəzədilib.
Bayramın yaraşığı olan səməninin, rəngarəng yumurtaların, həmçinin Novruzun elçiləri - Keçəl və Kosanın, eləcə də mərkəzi küçədə hazırlanmış bayram xonçasının, armudu stəkanın iri maketləri həm paytaxt sakinlərinin, həm də turistlərin marağına səbəb olub.
PhotoStock.az-ın Bakı küçələrinin bayrama hazırlanması ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: Photostock.Az
Seçilən
55
50
oxu.az

10Mənbələr