ABŞ administrasiyası Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allah tərəfindən Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücumlarına son qoymaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus Fox Business telekanalının efirində bildirib.
"Nəhayət ki, cavab zərbəsi endirdik. Bu, çox uzun müddətdir ki, davam edir. Əvvəlki administrasiyalar husilər hücum edərkən dəqiq zəif zərbələr endirdi. Ancaq bu, ilk dəfədir ki, onları dayandırmaq üçün real, faktiki hücum olur” - Bryus qeyd edib.