AZ

Gecə klubundakı yanğında insanları xilas edən futbolçu öldü

Şimali Makedoniyanın “Şkupi” klubunun futbolçusu Andrey Lazarov gecə klubunda baş verən yanğından sağ çıxdığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, klub yeni açıqlamasında futbolçunun öldüyünü bildirib.

“Ailəsi əvvəlcə onun yaxşı olduğunu desə də, böyük ağrı və təəssüf hissi ilə bildiririk ki, futbolçumuz Andrey Lazarov Koçanidə baş vermiş faciəvi yanğının qurbanlarından biri olub. Əsl qəhrəman olan Lazarov başqalarına yanan binadan qaçmağa kömək etmək istəyərkən həyatını itirib. O, sona qədər şücaət və insanlıq göstərərək başqalarının həyatını xilas edərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib. Onun qəhrəmanlığı yaddaşımızda təvazökar xasiyyətinin və böyük ürəyinin təzahürü kimi əbədi olaraq qalacaq”, – “Şkupi” klubunun açıqlamasında bildirilib.

Seçilən
26
4
publika.az

5Mənbələr