AZ

Bakıda "İslam Mədəniyyəti" adlı iftar süfrəsi təşkil olunub

 SF DOORS-Azərbaycan şirkətinin dəstəyi, Vəhdət Xeyriyyə Cəmiyyətinin və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə  şəhid və qazi ailələri üçün  "İslam Mədəniyyəti" adlı  iftar süfrəsi təşkil olunub.
 Əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra "Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.
 İlk olaraq tədbirin təşkilatçıları "Vəhdət Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü Tamella Hüseynova və   Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Mərkəzinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul çıxış edərək  tədbir haqqında qonaqlara məlumat veriblər. 
Sonra Millət vəkilləri Ceyhun Məmmədov,  Müşfiq Məmmədli, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədr müavini, iki şəhid bacısı Məhəbbət Paşayeva, KOBİA əməkdaşı Fariz Bağırov,  Təzadlar qəzetinin və saytının baş direktor müavini Elçin Məmmədli, həmçinin tanınmış  jurnalist Səidə Bəkirqızı, yazıçı  psixoloq İlqar Kamil və AQDİM-nin Fəxri üzvləri, Talassemiya pasiyentləri Anar Səmədov və Elvin Mirzəyev çıxış edərək tədbirin mahiyyəti və məramı haqqında geniş söz açıblar və  bu cür tədbirlərin mütamadi təşkili cəmiyyətimiz üçün vacibliyini vurğulayıblar.
  İftar süfrəsi Azərbaycan  Respublikasının Əməkdar artisti, mədəniyyət və incəsənət univeristetinin dosenti, kaman usdası Fəridə Məlikova, Respublikanın Əməkdar artisti, Azərbaycan Qan Donorluğunun İnkişafı  Mərkəzinin Fəxri üzvü Fərqanə Qasımova və "Kövsər İlahi Nəğmələr" qrupunun ifaları ilə davam edib.





Seçilən
35
1
7news.az

2Mənbələr