Aktyor Müşviq Şahverdiyev mərhum Xalq artisti İlhamə Quliyevanı parodiya etdikdən sonra onunla ilk görüşündən danışıb.
Axşam.az xəbər verir ki, aktyor "İzzət şou"da qonaq olarkən mərhum sənətçinin ona hədə-qorxu gəldiyini bildirib:
"Bir dəfə Xalq artisti İlhamə Quliyeva məni gördü və soruşdu ki, "Məni sən parodiya etmisən?". Elə bildim deyəcək ki, nə gözəl eləmisən oğul. Nə gözəl aktyorsan sən. Həvəslə cavab verdim ki, bəli, mən etmişəm. Dedi ki, "Qələt eləmisən. Sən kimsən məni parodiya edirsən? Başına bir oyun açaram, verilişini də bağlatdıraram. Get o uzuna da ("Tək səbir"in aparıcısı Həsən) de ki, başınıza oyun açaram". Mən də tez təşvişə düşən adamam. Oradan qaçaraq çıxdım və kanala girən kimi dedim ki, uşaqlar, İlhamə xanım bizdən şikayət edib, verilişimizi bağlayacaqlar".
4Mənbələr
-
milli.az"Dedi ki, qələt eləmisən, sən kimsən məni parodiya edirsən?" ( 16103719)
-
bizim.media"Dedi ki, başına oyun açaram, verilişini də bağlatdıraram" ( 16103775)
-
pravda.az"Dedi ki, başına oyun açaram, verilişini də bağlatdıraram" ( 16103467)
-
demokrat.az"Dedi ki, başına oyun açaram, verilişini də bağlatdıraram" ( 16102861)