1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şimali Makedoniyanın "Şkupi" klubunun 25 yaşlı futbolçusu Andrey Lazarov faciəli şəkildə vəfat edib.
Oxu.Az football.by portalına istinadən xəbər verir ki, o, ölkəsinin Koçani şəhərində konsert zamanı baş vermiş yanğın nəticəsində ölüb.
O, bir neçə dəfə yanan binaya qayıdaraq insanları xilas edib. Lazarov aldığı yanıq xəsarətlərinə görə xəstəxanada ölüb.
Pirotexnika partlaması səbəbindən başlayan yanğında 59 vətəndaş dünyasını dəyişib.
Qeyd edək ki, Şimali Makedoniya höküməti hadisə ilə bağlı 7 günlük matəm elan edib.