AZ

Ronaldinyoya çatdı

“Barselona”nın hücumçusu Robert Levandovski klubda ən çox qol vuran futbolçu kimi Ronaldinyoya çatıb.

Futbolpress.az xəbər verir ki, polşalı hücumçu “Blauqrana”nın “Atletiko” (4:2) ilə matçında komandasının dörd qolundan ilkini vurub. Levandovski Kataloniya komandasının heyətində bütün turnirlərdə 135 matçda 94 qol vurub. 36 yaşlı hücumçu bu göstəricidə Ronaldinyoya çatıb. Əfsanəvi braziliyalı Barselonada 5 mövsüm keçirib və 207 matçda forma geyinib.

Robert Levandovski bu mövsüm 40 matçda 35 qol vurub. Futbolçu 2022-ci ilin yayından “Barsa”da çıxış edir.

Seçilən
3
futbolpress.az

1Mənbələr