AZ

Qrizmann Messinin rekordunu təkrarladı

"Atletiko"nun hücumçusu Antuan Qrizmann "Barselona"nın sabiq futbolçusu Lionel Messinin La Liqadakı rekordunu təkrarlayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, fransalı forvard çempionatda 520-ci oyununu keçirib. Bununla o, La Liqada ən çox oyun keçirən əcnəbi futbolçu olan Lionel Messiyə çatıb.

Qrizmann İspaniyada olduğu müddətdə "Real Sosyedad", "Barselona" və "Atletiko"da çıxış edib. O, 520 matçda 198 qol vurub və 95 məhsuldar ötürmə edib.

Cari La Liqa mövsümündə Antuan 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.


Seçilən
32
1
news24.az

2Mənbələr