Bakı. Trend:
Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaqçərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonragəlir.
Trend xəbərverir ki, bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxırçərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə,sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütüncanlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, ocümlədən insanlar onun qoynuna sığınırlar.
Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlartükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su,Od, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və buradayatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinəhazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanınmülayimləşməsinə, suların donunun açılmasına, çayların suyununartmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsininhər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.
Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımıztərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrindəİlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəlikeçirilir.
Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeydolunur.