AZ

ABŞ-dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

ABŞ-ın mərkəzi və cənubunda baş verən tornado və şiddətli tufanlar ölümlərə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarındakı əlverişsiz hava azı 40 nəfərin ölümünə səbəb olub.

Məlumata görə, 100-dən çox yaralı var: "Təkcə Missuri ştatında 12 nəfər ölüb, 50-dən çox xəsarət alanlar var. Adıçəkilən ştatlarda dağıntıların miqyası genişdir. Hazırda qiymətləndirmə aparılır"

Samir Musayev

MİA.AZ
 

Seçilən
55
2
mia.az

3Mənbələr