AZ

Geriyə sürüb təhlükə yaradan sürücü üzr istəmək əvəzinə qışqırdı - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 16-da, paytaxtın Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Belə ki, 77-SR-204 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü geriyə hərəkət edərək arxadan gələn avtomobillərə təhlükə yaradıb.

Hadisə şahidlərindən biri bu anları kameraya çəkərək sürücüdən avtomobilinin nasaz olub-olmadığını soruşub. Lakin qayda pozan sürücü sualı sakit cavablandırmaq əvəzinə, aqressiv reaksiya verərək yüksək səslə qışqırıb.

Qeyd edək ki, bu formada geriyə hərəkət manevri qanunla qadağandır.

 

Fərid

Seçilən
10
1
avtosfer.az

2Mənbələr