AZ

Bu gün tonqal qalayacaqların NƏZƏRİNƏ (video)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi ilaxır çərşənbə ilə əlaqədar yanğıntəhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Trend FHN-əistinadən xəbər verir ki, məlumata görə, xüsusi təmtəraqla qeydolunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqallarınqalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamasısonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyiəhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdəaşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyəçağırıb:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digəryanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərinnəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Nazirlikdən qeyd edilib ki, küləkli hava şəraitində tonqalyandırılması xüsusilə təhlükəli hesab olunur:

"Yadda saxlayın: pirotexniki vasitələrdən istifadəqadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Seçilən
12
49
az.trend.az

10Mənbələr