Şimali Makedoniyanın “Şkupi” klubunun futbolçusu Andrey lazarov vəfat edib.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı oyunçu yerli hip-hop qrupunun konserti zamanı baş verən yanğında vətəndaşları xilas etməyə çalışarkən vəfat edib.
Lazarov insanların çölə çıxmasına köməklik edərkən dəm qazından zəhərlənib. Futbolçu xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində 59 nəfər ölüb, 155-dən çox insan yaralanıb.