"Fənərbağça"nın rəhbərliyi baş məşqçi Joze Mourinyo barədə qərarını verib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in prezidenti Ali Koç portuqaliyalı mütəxəssisdən razıdır və növbəti mövsümdə onunla çalışmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbağça" hazırda Super Liqada lider "Qalatasaray"ın 9 xal gerisindədir. Onlar rəqibindən 1 oyun az keçirib.

Əlavə edək ki, İstanbul klubu 2014-cü ildən bəri Türkiyə çempionatında çempion ola bilmir.