Bakı, 18 mart, AZƏRTAC
Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb. Bu, ÜDM-in 6,3 faizi təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistik departamentinin direktoru Samir Nəsirov ötən ilin yekunları üzrə tədiyyə balansının açıqlanmasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, təkrar gəlirlər balansında profisit 632 milyon dollar təşkil edib.
“Xidmətlər balansının kəsiri ötən ilə nisbətən 12 faiz azalıb. Nəqliyyat xidmətlərinin profisiti 1,3 milyard dollar, turizm xidmətlərinin profisiti 451 milyon dollar olub”, - deyə department direktoru bildirib.