Bakı. Trend:
Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərininqanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında deyilir.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu vəTibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindənəhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaşhüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbixidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkarolunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verənşəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraqkompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəRespublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzhərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasındaəməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqitəsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərinqərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindənəziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlifdərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərləayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına vəvəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələrmüəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəlişəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələriilə cinayət işi başlanıb.
Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərinmüəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruritədbirlər davam etdirilir.