AZ

Azərbaycanın üçqat Paralimpiya çempionu gənc paraüzgüçülərlə görüşüb

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycanın üçqat Paralimpiya çempionu Raman Saley yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Su İdmanı Sarayında gənc idmançılarla birlikdə məşq edən titullu üzgüçü öz təcrübəsini bölüşüb, onların suallarını cavablandırıb.

Qeyd edək ki, Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bürünc, eyni məsafəyə arxası üstə üzmə proqramında isə gümüş medal qazanıb.

Seçilən
11
6
azertag.az

7Mənbələr