Bakı, 18 mart, AZƏRTAC
İraqda, ümumilikdə Türkman elində olan qardaşlarımızla eyni dildə danışırıq, həmçinin oxşar taleləri yaşayaraq qətliamlara məruz qalmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kərkük əyalət şurasının üzvü Ahmet Remzi söyləyib.
O, hər zaman Kərkükdə Qarabağdakı, Xocalıdakı qətliamları ürək ağrısı ilə qarşıladıqlarını bildirib.
Şuşaya və digər işğaldan azad edilmiş ərazilərə səfərlərindən qürur duyduqlarını bildirən A. Remzi xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Ordusunun müvəffəqiyyəti nəticəsində Türk torpaqları bu gün azaddır.