AZ

"Fənərbağça" Mourinyo barədə qərar VERDİ 

  "Fənərbağça"nın rəhbərliyi baş məşqçi Joze Mourinyo barədə qərarını verib.

Referans.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in prezidenti Ali Koç portuqaliyalı mütəxəssisdən razıdır və növbəti mövsümdə onunla çalışmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbağça" hazırda Super Liqada lider "Qalatasaray"ın 9 xal gerisindədir. Onlar rəqibindən 1 oyun az keçirib.

Əlavə edək ki, İstanbul klubu 2014-cü ildən bəri Türkiyə çempionatında çempion ola bilmir.(Offsideplus.az )


Seçilən
26
3
referans.az

4Mənbələr