AZ

Ötən il ölkənin xalis maliyyə aktivləri artıb

Yazını böyüt
Yazını kiçilt

Cari il üzrə ölkənin xalis maliyyə aktivləri 2 milyard 707,6 milyon dollar artıb.

Hafta.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (742,4 milyon dollar), portfel investisiyaları (700,4 milyon dollar) və digər investisiyalar (1 milyard 264,8 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 293,5 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-226,5 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,9 milyon dollar) və digər investisiyalar (-1 milyard 563,9 milyon dollar) hesabına formalaşıb.

Seçilən
25
1
hafta.az

2Mənbələr