AZ

"Məktəbin həyətində şagirddən çox, sahibsiz itləri görmək olur" - ŞİKAYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonunun Masazır kəndində yerləşən məktəbin həyətində sahibsiz itlərin dolaşması valideynlərin narahatlığına və narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Valideyn bildirir ki, Masazır kənd 2 saylı tam orta məktəbin həyətində şagirddən çox, sahibsiz itləri görmək olur.
"Məktəbə uşaq aparmaq və gətirmək əməlli-başlı problemə çevrilib. Kənddə olan sahibsiz itlərin bir dəstəsi də məktəbin həyətinə toplaşır. Bununla bağlı məktəb rəhbərliyi hər hansı tədbir görmür. Əgər sabah o uşaqlardan birini it dişləsə, cavabdeh kim olacaq?" - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, şagirdlər sahibsiz heyvanlarla davranış mövzusunda mütəmadi olaraq maarifləndirilirlər.
"Ümumtəhsil müəssisəsinin ərazisində sahibsiz heyvan aşkar edildikdə aidiyyəti qurumlar məlumatlandırılır", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Seçilən
9
1
oxu.az

2Mənbələr