Cəmiyyətimizdə mediasiya mədəniyyəti aşağıdır. Ona görə də mübahisələrin barışıq yolu ilə həll edilməsinə meyilli olmurlar.
Far.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, təsadüfi adamların mediator olma imkanları azaldılır: "Reputasiyası başqa sahədə aşağı düşmüş insanların mediatorluğunun qarşısı alınmalıdır. Mediatorların sertifikat müddətinin 5 il olması yaxşı haldır".
Komitə sədri bildirib ki, evlilik zamanı bir-birinə alınan hədiyyələr sənədləşdirilmir: "Ona görə, boşanma zamanı bu hədiyyələrin üstündə mübahisə yaranır".
Fazil Mustafanın sözlərinə görə, nikah müqaviləsində bu kimi məsələlərin tətbiqini nəzərdə tutmaq lazımdır: "Bu, boşanma zamanı məhkəmələrin yükünü də azaldacaq. Nikah müqaviləsi ilə bağlı məsələnin məcburi xarakter daşıyan elementlərinin burada əks olunmasını təmin etməliyik".