AZ

Azərbaycanda dövlət sektoru ötən il 422 milyon dollar kredit ödəyib

2024-cü ildə Azərbaycanın dövlət sektorunun kredit ödənişləri 422 milyon ABŞ dolları təşkil edib.

Ötən il qeyri neft-qaz sektorunda 11.5 milyard dollar kəsir yaranıb

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfrasında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, söhbət dövlət zəmanət ilə alınmış kreditlərin qaytarılmasından gedir: “Ölkə üzərə dövlət sektoru üzrərə təxminən 422 milyon dollarlıq kredit ödənilib. Bu bir başa dövlət zəmanətli kreditlərin ödənişi ilə əlaqədardır bu isə bir başa olaraq dövlətin xaricə olan borcunun azaldılmasına xidmət edir.  Bütün bunları ümumiləşdirsək, qeyd etmək istəyirəm ki, cari əməliyyat balansındakı profisit, eləcə də kapital və maliyyə hesabındakı kəsir hansıki maliyyə öhdəliklərinin sırf azaldılması ilə bağlıdır bunun nəticəsində ölkənin ehtiyat aktivləri təxminən 438 milyon dollar azalıb. Bu azalma sırf məzənnə fərqi və yenidən qiymətləndirmə nəzərə alınmaqla hesablanıb”.

Seçilən
4
2
fed.az

3Mənbələr