AZ

"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin edilib

"PAŞA Bank"ın rəhbərliyində dəyişiklik olub.

 News365.az xəbər verir ki, əldə etdiyi məlumata görə, Rövşən Şamil oğlu Allahverdiyev bankın Müşahidə Şurasının sədri təyin edilib.

    O bu vəzifədə Mir Camal Paşayevi əvəzləyib. Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq“PAŞA Bank” ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub.

    Qeyd edək ki, Rövşən Allahverdiyev "PAŞA Holdinq"in Baş İcraçı Direktorun Müavini və holdinqə daxil olan 6 maliyyə təşkilatı və şirkətin Müşahidə Şurasının sədridir.

    Seçilən
    8
    7
    news365.az

    10Mənbələr