İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 404-ə yüksəlib.
APA xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücumlar nəticəsində 562 nəfər də yaralanıb.
09:59
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 310-a çatıb.
APA xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.
07:20
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 200-ü keçib.
APA xəbər verir ki, bu haqda Qəzza Media Təşkilatı məlumat yayıb.
Məlumata görə, İsrailin bölgəyə endirdiyi aviazərbələr zamanı azı 200 nəfər həlak olub.
Ölənlərin əksəriyyətinin, yəni 107 nəfərin anklavın cənubunda yerləşən yaşayış məntəqələrinin sakinləri olduğu qeyd edilib.