AZ

SOCAR Downstream Konqoda layihələr icra edəcək

Bakı. TurkicWorld:

SOCAR Downstream rəhbərliyi və nümayəndə heyəti Konqo Dövlət Neft Şirkəti (SNPC) və CORAF Neft Emalı Zavodunun rəhbərliyi ilə işgüzar görüş keçirmişdir.

TurkicWorld bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, görüş çərçivəsində 2024-cü ilin 11 oktyabr tarixində imzalanmış Layihənin İdarə Edilməsi üzrə Məsləhət (PMC) xidmətləri müqaviləsinə əsasən, ölkənin yanacaq tələbatının ödənilməsinə yönəlmiş potensial layihələr, zavodun mövcud vəziyyətinin analizi, eləcə də məhsuldarlıq, səmərəlilik və gəlirliliyin artırılması məqsədilə proses modelinin hazırlanması və “Business Excellence” layihələri müzakirə edilmişdir.

Sözügedən layihələr Konqo Dövlət Neft Şirkəti rəhbərliyinə təqdim edilmiş və icrasına başlanılması təsdiqlənmişdir.

Seçilən
2
1
turkic.world

2Mənbələr