AZ

İsraildən Azərbaycana gələnlərin sayı 4 dəfə artıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 162 ölkəsindən 338,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artıb.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz azalaraq 11 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 107,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,8 faiz artaraq 158,1 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 faizi hava, 27,2 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Seçilən
4
19
fed.az

10Mənbələr