“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub.
“Qafqazinfo” “News365”ə istinadən xəbər verir ki, Rövşən Şamil oğlu Allahverdiyev “PAŞA Bank”ın Müşahidə Şurasının sədri təyin edilib.
O bu vəzifədə Mir Camal Paşayevi əvəzləyib. Mir Camal Paşayev “PAŞA Bank”ın yaradılmasının ilk günündən başlayaraq ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə bankın səhmdarları siyahısına daxil olub. Rövşən Allahverdiyev “PAŞA Holdinq”in baş icraçı direktorun müavini və holdinqə daxil olan 6 maliyyə təşkilatı və şirkətin Müşahidə Şurasının sədridir.
Bundan başqa, Fərid Məmmədov “Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib. Modern.az-ın xəbərinə görə, o bu vəzifədə Rövşən Allahverdiyevi əvəzləyib.
Qeyd edək ki, Fərid Məmmədov, həmçinin “PAŞA Holdinq”in direktor müavini, “PAŞA Bank Türkiyə” və “PAŞA Texnologiya”nın Müşahidə Şuralarının üzvü vəzifələrini icra edir.
Fotoda Rövşən Allahverdiyev
Fotoda Fərid Məmmədov