İstanbul Baş Prokurorluğu sosial şəbəkədəki paylaşımına görə aparıcı Ece Üner haqqında “məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək və ədalətli mühakimə etməyə təsir göstərmək” ittihamı ilə istintaq başladıb. Onun İstanbul Polis İdarəsinə gətirilməsinə göstəriş verilib.
KONKRET.az xəbər verir ki, Ece Üner X hesabından bunları deyib:
“Məni prokurorluqdan ifadə verməyə çağırıblar, səbəbini hələ bilmirəm. Biləndə məlumat verəcəm. İfadəm uzansa, bu axşam “Əsas xəbər”də bir yerdə ola bilməyəcəyik”.
Qeyd edək ki, Ece Üner Türkiyənin “Show TV” kanalının aparıcısıdır.
Aynurə İsmayıl
KONKRET.az