“Ayın qolu” layihəsi çərçivəsində fevral ayının qalibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasında Patrik Andrade, I Liqada Ramil Orucov və II Liqada Eşqin Tağıyev qalib olub. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belə də şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.