“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər. Misli premyer-liqasında Patrik Andrade (Qarabağ), 1-ci liqada Ramil Orucuv (MOİK) və 2-ci Liqada Eşqin Tağıyev (Qusar) birinci olub.
Qeyd edək ki, 2-ci liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta