AZ

Vüqar Mustafayev Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri ilə görüşüb

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev martın 18-də Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Operativ Media-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin önəmli olduğunu vurğulanıb, Azərbaycanın müdafiə sənayesi qurumları ilə qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir ölkədə istehsal olunan hərbi məhsullar haqqında danışıb, çağdaş dövrün tələblərinə uyğun istehsal müəsissələrinin uğurla fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın müdafiə sənayesinin beynəlxalq səviyyədə böyük uğurlara imza atdığını diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
11
operativmedia.az

1Mənbələr