Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı Konqresinin plenar iclasında danışıb.
Onun sözlərinə görə, görünür, təşəbbüskarlar özləri sanksiyaların hesabını itiriblər, lakin Rusiya Maliyyə Nazirliyi bunu hesablayıb.
"Mən sizə əminliklə deyə bilərəm, fiziki və hüquqi şəxslərə qarşı 28 595 sanksiya tətbiq olunub", - Rusiya lideri bildirib.
Milli.Az