Bakı. Trend:
Martın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziriVüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Bosniya vəHerseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziriZukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Trend-ə bildirilib ki, qonaqları səmimi salamlayannazir V.Mustafayev onlara Azərbaycanın müdafiə sənayesinin inkişafıhaqqında geniş məlumat verib. Nazir ölkəmizdə istehsal olunan hərbiməhsullar haqqında danışıb, çağdaş dövrün tələblərinə uyğunistehsal müəsissələrinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb.O, Azərbaycanın müdafiə sənayesinin beynəlxalq səviyyədə böyükuğurlara imza atdığını diqqətə çatdırıb.
Z.Helez öz növbəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunuifadə edib, burada qonaqpərvərliklə qarşılandıqlarını bildirib.
O, ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələringenişləndirilməsinin önəmli olduğunu vurğulayıb, Azərbaycanınmüdafiə sənayesi qurumları ilə qarşılıqlı əməkdaşlığın vacibliyiniqeyd edib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcəkəməkdaşlıq perspektivləri müzakirə edilib, digər maraq doğuranməsələlər ətrafında fikir mübadiləsi aparılıb.