AZ

Xəstəxanada xəstələrə vaxtı keçmiş dərman verilir? - TƏBİB araşdırmaya başladı

  Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verildiyi iddia edilir. 

Bu məlumatı “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb. Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır – red.) tibb işçilərinin “Vatsap” qrupuna bu cür mesaj göndərib: 

“Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”. Bu yazışma tibb işçiləri arasında ciddi narazılıq yaradıb. İddialara görə, yaranan mübahisələrdən sonra İlhamə Hacıyevanın göstərişi ilə votsap qrupu bağlanıb. M.Mehdiyev qeyd edib ki, bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. 

Sosial şəbəkədə yayılan bu məlumat nə dərəcədə doğrudur? Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparılır:   


 

Seçilən
9
6
referans.az

10Mənbələr