AZ

İsrail səfiri Novruz şirniyyatları bişirdi - Video

İsrailin Azərbaycandakı səfiri Corc Dik komandası ilə birgə Novruz şirniyyatları hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Diqqət edin, İsrailin Bakıdadkı səfirliyinin komandası Novruz fırtınası yaradır! Yoğurduq, tərlədik, mətbəx fəlakətindən xilas olduq, hamısı ləzzətli paxlavaları və şəkərburanı hazırlamaq üçün idi. Novruzunuz təndirimiz kimi alovlu, diplomatik münasibətlərimiz qədər şirin olsun!” , - paylaşımda qeyd edilib.

Seçilən
32
4
qafqazinfo.az

5Mənbələr