AZ

Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Xəbər verdiyimiz ki, Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Leninqrad vilayəti ərazisində hərbi Mi-28 helikopterinin qəzaya uğradığını, ekipajın həlak olduğunu təsdiqləyib.

"Mi-28 vertolyotu Leninqrad vilayəti üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub, helikopteryaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb", - deyə Rusiya MN-dən verilən açıqlamada bildirilib.

***
20:34

Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu "Baza"ya istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Helikopter qəzasının Volosovski rayonunda baş verdiyi bildirilib.

Qəzanın səbəbinin hələlik məlum olmadığı qeyd olunub.

Seçilən
40
2
apa.az

5Mənbələr