Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.
Trend xəbərverir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumatverilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubundatikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olansinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduşadlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacındanhazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlikibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillikillərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyəverilib.