Zelenski və xanımı Yelena Zelenskaya Finlandiyaya səfər ediblər.
Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya Finlandiyaya səfər ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Alexander Stubb "X" sosial şəbəkəsində məlumat verib.
“Biz Ukrayna Prezidenti Vladimir Zelenskini və birinci xanımı Yelena Zelenskayanı Finlandiyada salamlamaqdan şərəf duyuruq”, - deyə qeyd edib.
Bildirilir ki, hər iki dövlət başçısı Finlandiyanın Ukraynaya dəstəyinə həsr olunacaq danışıqlar aparacaqlar.