AZ

Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki,Putin və Tramp telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.

Putin Trampı martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175-ə 175 məhbus mübadiləsi aparılacağı barədə məlumatlandırıb.

Putin və Tramp dünyada sabitlik üçün ortaq məsuliyyətləri fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

Rusiya Federasiyası və ABŞ prezidentləri telefon danışığında qaldırılan bütün məsələlərlə bağlı təmasları davam etdirmək barədə razılaşıblar.


***
20:33

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, telefon danışığının başa çatdığını Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib.

Bildirilib ki, Putin-Tramp telefon danışığı bir saat yarımdan çox davam edib.

Seçilən
11
41
apa.az

10Mənbələr