AZ

ABŞ-dan Tramp və Putinin danışıqları ilə bağlı BƏYANAT –MƏTN

ABŞ və Rusiya Prezidentləri Tramp-Putinin telefon danışıqları ilə bağlı Ağ Ev  bəyanat verib.

AzPost Bəyanatı təqdim edir:

“Bu gün prezident Tramp və prezident Putin Ukraynada sülhün və atəşkəsin zərurətindən danışıblar. Hər iki lider bu münaqişənin davamlı sülhlə başa çatması ilə bağlı razılığa gəlib. Onlar həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Ukrayna və Rusiyanın bu müharibədə xərclədikləri sərvəti öz xalqının ehtiyaclarına sərf etmək daha yaxşı olardı.

Bu münaqişə heç vaxt başlamamalı idi. Çoxdan səmimi və xoş niyyətli sülh səyləri ilə bitməli idi. Liderlər sülhə doğru hərəkatın enerji və infrastruktur sahələrində, eləcə də Qara dənizdə tam atəşkəsin başlayacağı ilə bağlı razılığa gəliblər. Bu danışıqlar dərhal Yaxın Şərqdə başlayacaq.

Liderlər ümumiyyətlə Yaxın Şərq barədə gələcək münaqişələrin qarşısını almaq üçün potensial əməkdaşlıq regionu kimi danışıblar. Onlar həmçinin strateji silahların yayılmasının dayandırılmasının zəruriliyini müzakirə ediblər. İki lider İranın İsraili heç vaxt məhv edə bilməməsi fikrini bölüşür.

İki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin böyük perspektiv vəd etdiyini bəyan ediblər. Buraya nəhəng iqtisadi sövdələşmələr və sülh əldə edildikdən sonra geosiyasi sabitlik daxildir”.

Seçilən
9
6
azpost.info

8Mənbələr