AZ

Əkrəm İmamoğlunun diplomu ləğv edilib - Universitet qərar verdi

Bu gün İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə universitet qərar verib.

İddia olunub ki, universitetin İdarə Heyətinin 18 mart 2025-ci il tarixli 61-ci iclasında qəbul edilən 3 saylı qərarla Ali Təhsil Müşahidə Şurasının 17.02.2025-ci il tarixli “Tədqiqat Hesabatı”ndakı nəticələrə uyğun olaraq 1990-cı ildə Universitetin İşlətmə Fakültəsinin İngilis dili üzrə keçidində qanunsuzluq olub:  "Araşdırma nəticəsində həmin vaxtı kğçürülmə yolu ilə universitetimizə daxil olan 38 nəfərdən 10 nəfərinin qanuna zidd olaraq, köçrülməsi təsdiqlənib. Bu səbəbdən Ali Təhsil Müşahidə Şurasının “Araşdırma Hesabatı”nda adı keçən şəxs - Əkrəm İmamoğlu da daxil olmaqla, 10 nəfərin diplomunun ləğvinə qərar verilib. Qəbul edilən qərar və bu qərarın əsasını təşkil edən bütün məlumat və sənədlər İstanbul Respublika Baş Prokurorluğuna və YÖK-ə göndəriləcək”.

Firudin Səfərli
Mia.az

 

Seçilən
43
46
mia.az

10Mənbələr