Rusiyada Mi-28 hərbi helikopteri qəzaya uğrayıb .
Bu, ölkənin Leninqrad vilayətində baş verib.
Editor.az Astra-ya istinadən xəbər verir ki , helikopter Leninqrad vilayətinin Volosovski rayonunda qəzaya uğrayıb. Leninqrad Hərbi Dairəsinin mətbuat xidməti 47news-a bildirib ki, helikopter Rusiya Aerokosmik Qüvvələrində xidmətdədir.
“Hadisə yerində xilasedicilər işləyir. Hələlik təfərrüatlar yoxdur”, – məlumatda deyilir.
Daha sonra Rusiya Müdafiə Nazirliyi helikopterin qəzaya uğraması faktını təsdiqləyib.
//Samir Qurbanov, Editor.az