Bakı. Trend:
Rusiyanın Leninqrad vilayəti ərazisində Mi-28 hərbi helikopteriqəzaya uğrayıb.
Trend TASS-aistinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə yerinəaxtarış-xilasetmə qrupu göndərib.
“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti üzərində planlıtəlim-tədris uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. O,yaşayış məntəqələrindən uzaqda, insansız ərazidə yerə çırpılıb.Ekipaj həlak olub”, - deyə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, helikopter döyüş yükü olmadan uçuş həyatakeçirirdi.