AZ

Füzuli sakinləri Novruzun gəlişini böyük coşqu ilə qarşılayıb - FOTO

Füzuli sakinləri Novruzun gəlişini öz yurdlarında böyük coşqu ilə qarşılayıb, Torpaq Çərşənbəsində bir araya gəliblər.

APA-nın bölgə müxbiri xəbər verir ki, şəhər mərkəzində yerləşən parkda keçirilən bayram şənliyində Füzuli sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, şəhid ailələri qazilər, hüquq mühafizə orqanı əməkdaşları iştirak edib.​

Öncə şəhidlərin xatirəsi sükutla anılıb, himn səsləndirilib Şəhər Mərkəzində sərgilənən yarmarkada Füzuli sakinlərinin hazırladıqları əl işləri və mətbəx nümunələri sərgilənib. Hər bir ailəyə ruzi bərəkət​ sevinc arzulanıb.

Bildirilib ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbəyə nail olan ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib və Novruzun gəlişi azad olunan torpaqlarımızda ruh yüksəkliyi ilə qeyd olunur. Tədbir​ incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.​ Bir-birindən şən mahnılar səsləndirilib. Musiqi sədaları altında ​Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin rəqs ansamblı ilə birlikdə bayram iştirakçıları rəqsə qoşulub. Həmçinin İlaxır çərşənbə olan Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb ətrafında yallı rəqsi oynayıblar.

Füzuli Füzuli Füzuli Füzuli Füzuli Füzuli Füzuli
Seçilən
23
1
apa.az

2Mənbələr