AZ

Şabranda ağır qəza - ölən və xəsarət alanlar var - FOTO

Şabranda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Milli.Az-ın Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonun Agalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Belarus" markalı traktor qarşı istiqamətdə hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobilinin yoluna çıxaraq ona çırpılıb.

Avtomobildə olan Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.

Digər dörd nəfər isə - Şabran rayon sakinləri 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
8
milli.az

10Mənbələr