AZ

Erhan Toker: "Artıq son matçları pley-offa hazırlıq kimi görürük"

"Biz son 2 oyunda çox pis yenilgi yaşamışdıq. Bunum fonunda toparlanıb yaxşı oyun sərgiləməyə çalışdıq".

İdman.biz xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker mətbuat xidmətinə açıqlmasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XIX turunda "Naxçıvan"a 60:58 hesablı qələbəni şərh edib: "Məşqlərdə daha yaxşı müdafiə oluna bilsək, daha yaxşı ola biləcəyimizin söhbətini etmişdim. Bu gün həqiqətən müdafiədə çox yaxşı çıxış etdik. Gənc basketbolçumuz İsmayıl Abdullayevdən tutmuş hər biri müdafiədə inamlı idi. İsmayıl Cordon Perkinsə qarşı çox yaxşı mübarizə apardı. Rəqibin əsas oyunçularından biri Deşaun Veyd oynamırdı. Bu da nəticəyə təsir etdi, amma komamdam plana uyğun bu matçı sona çatdıra bildi. Rəqibə də gözəl mübarizəyə görə minnətdaram. Ümumi olaraq deyə bilərəm ki, biz artıq son matçları pley-offa hazırlıq kimi görürük".

Qeyd edək ki, "Abşeron" mövsümdə 8-ci qələbəsini qazanıb.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr